Mkrtçyan aylar sonra 23 saatlıq əməliyyatdan danışdı: “Xocavəndi 4 hissəyə böldük, çünki…”

“2020-ci ildəki müharibədən sonra Martunidə ( Xocavənd – red.) vəziyyət tamamilə dəyişdi, bizə daha çox adam lazım idi”.

Globalinfo.az xəbər verir ki, bunu 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında bir günlük antiterror əməliyyatlarında Azərbaycan ordusuna qarşı döyüşmüş separatçı Artak Mkrtçyan deyib.

A.Mkrtçyan Xocavənddə Azərbaycan ordusuna qarşı dirənişin koordinasiya edilməsi üçün komitə yaradıldığını bildirib:

“Bir müharibədən sonra hər şeyə hazır olmağa çalışırdıq. Döyüşlər başlayarsa, nə edəcəyimizə dair hazırlıq görürdük. Martunini 4 hissəyə ayırdıq ki, fərqli istiqamətlərdə mövqelərimizi quraq. Hər kəs öz mövqeyini bilirdi, arada 3-4 kilometr məsafə saxlayırdıq. Mövqelər arasında rayon sakinlərindən ibarət qruplar da olmalı idi. Sentyabrın 10-dan sonra biz artıq döyüşlərin olacağını təxmin edirdik. Sonra hər şey birdən başladı, bəziləri silah götürüb mövqelərə getdi. Lakin heç nə düşünüldüyü kimi olmadı, boşa çıxdı”.

Əliyar Xəlil
Globalinfo.az