Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İstanbulda keçirdiyi əməliyyatla İsrailin MOSSAD təşkilatında işlədiyi müəyyən edilən 7 nəfəri tutulub.
Globalinfo.az “Haber Global”a istinadən xəbər verir ki, MİT MOSSAD agentlərinin Türkiyədə yaşayan əcnəbilər haqqında kəşfiyyat məlumatı əldə etmək üçün uzaqdan onlayn marşrutlaşdırma üsullarından istifadə etdiyini müəyyən edib. Bundan sonra əməliyyat həyata keçirilib.