Missiya Ermənistan MN-in bəyanatını yalan adlandırdı

 

Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası Ermənistan Müdafiə Nazirliyinin Aİ müşahidəçilərinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşə tutulması barədə bəyanatını yalan adlandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı Monitorinq Missiyası məlumat yayıb.

Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyası Ermənistan Müdafiə Nazirliyinin məlumatını təkzib edib.

Bildirilib ki, Aİ monitorinq missiyasının patrulu atəş hədəfi olmayıb.

“Biz Azərbaycan-Ermənistan arasındakı sərhəd bölgələrində patrul xidməti həyata keçiririk və Brüsselə hərbi vəziyyət, həmçinin məsuliyyət zonamızda baş verən atışma hadisələri barədə məlumat veririk”, – qeyd olunub.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, avqustun 15-də saat 12:20 radələrində Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisində guya Avropa İttifaqının (Aİ) müşahidəçiləri və onların avtomobili istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılması barədə erməni informasiya resurslarında yayılan məlumat həqiqətə uyğun deyil, qarşı tərəfin növbəti dezinformasiyasıdır.

“Bildiririk ki, Avropa İttifaqının müşahidəçilərinin Ermənistanda şərti sərhəd istiqamətində səfərlərinin vaxtı, onların hərəkət marşrutu, ərazidəki koordinatları, eləcə də avtomobillərin markası və nömrə nişanları Azərbaycan tərəfinə əvvəlcədən təqdim edilir. Azərbaycan Ordusunun bölmələri missiyanın səfərləri barədə məlumatlıdır. Bu səbəbdən də Ermənistan müdafiə nazirliyinin iddia etdiyi belə bir halın baş verməsi nəzəri və praktiki baxımdan qeyri-mümkündür”, – MN-in məlumatında vurğulanıb.