
Avropa İttifaqının Ermənistana göndərilən monitorinq missiyası bölgədə əməliyyat mərkəzlərini genişləndirir.
Globalinfo.az xəbər verir ki, Avropa İttifaqının Ermənistandakı nümayəndəliyi Cermuk (Dərələyəz mahalı –İstisu), İcevan (Tovuzla sərhəd, Ermənistanın Tavuş bölgəsinin mərkəzi) və Yeğeqnadzor ( Dərələyəz mahalına daxil rayon) ərazilərində üç əlavə əməliyyat mərkəzi açmağı planlaşdırdıqlarını bildiriblər.
Hazırda Ermənistanda fəaliyyət göstərən missiyanın rəhbəri Markus Ritter sözügedən mərkəzlərin də yaxın zamanda fəaliyyətə başlayacağını deyib:
“Məqsədimiz digər məsələlərlə yanaşı iki ölkə arasında sərhəd bölgələrində vəziyyətin sabitləşməsinə töhfə verməkdir”.
Ayşən Mustafa
Globalinfo.az














