Mirzoyanla danışıqlar nə yerdədir? – Ceyhun Bayramov

Mirzoyanla danışıqlar nə yerdədir? - Ceyhun Bayramov

“Son aylar ərzində Ermənistanla münasibətlərin normallaşması istiqamətində intensiv işlər gedir”.

Globalinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, bu müddət ərzində liderlər səviyyəsində bir neçə dəfə görüş olub:

“Eyni zamanda xarici işlər nazirləri səviyyəsində intensiv təmaslar olub”.

“Kommunikasiyaların açılması istiqamətində danışıqlar gedir”, – nazir vurğulayıb.