ararat mirzoyan irevan bir ay erzinde baki ile sulh sazisinin yekun metnini hazirlamaga hazirdir 1719478383 900x671 1

Ermənistan heç bir tərəfdaşı ilə münasibətlərini pozmaq və ya əməkdaşlığı dayandırmaq niyyətində deyil”. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

Rusiya ilə münasibətlər gərginlik deyil, qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq şəraitində davam etməlidir.

Biz onlarla çoxsaylı sahələrdə bağlılıq və əlaqələrin sağlam atmosferdə inkişaf etdirilməsinin tərəfdarıyıq”, – deyə o bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Ermənistanın həm Avropa İttifaqı (Aİ), həm də Avrasiya İqtisadi İttifaqı (Aİİ) məsələsində mövqeyini aydınlaşdırmasının vacibliyini qeyd etmişdi.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: