Zəngəzur üçün yeni TƏKLİF: “İrəvan razılaşa bilər”

“Azərbaycan və Türkiyə Zəngəzur dəhlizi vasitəsilə Yunanıstan sərhədindən Çin divarlarına qədər böyük Türk birliyi yaratmaq imkanına malik olacaqlar”.

Globalinfo.az xəbər verir ki, bunu erməni türkoloq Tiran Lokmaqyozyan deyib.

T.Lokmaqyozan Ermənistanın hazırkı vəziyyətdə Rusiyadan üz çevirməsinin məntiqsiz olduğunu bildirib:

“Azərbaycan dəhliz tələb edir. Zəngəzur üçün “Kalininqrad variantı” önə sürülür. Ermənistan hökuməti isə heç nə etmir, sadəcə daha çox ərazinin güzəştə gedilməsinə razılaşır. Nikol Paşinyan son mətbuat konfransında 4 kəndin təhvil veriləcəyini aydın dedi. Bəs Başkənd? Başkəndin ərazisi o kəndlərdən daha böyükdür. Lakin Paşinyan oranın alınması ilə bağlı dəqiq bir şey demir. Belə görünür ki, İrəvan hakimiyyəti Azərbaycan və Türkiyənin maraqlarına işləyir. İstisna deyil ki, İrəvanda hazırda Zəngəzur üçün verilən təklif müzakirə edilir. Hətta pərdəarxası razılaşmalar da ola bilər”.

Əliyar Xəlil
Globalinfo.az