Mirzoyan yunan həmkarı ilə regional məsələləri müzakirə etdi

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yunanıstanlı həmkarı Giorgos Gerapetritis ilə telefon danışığı aparıb.

Globalinfo.azxəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, tərəflər regional gündəlikdə duran məsələləri müzakirə ediblər.

Həmçinin ikitərəfli gündəlikdəki məsələlər və Aİ ilə tərəfdaşlığın dərinləşdirilməsini müzakirə olunub.

Xatırladaq ki, bu il yanvarın 10-da Giorgos Gerapetritis Ermənistana səfər edib.

Müşviq Tofiqoğlu
Globalinfo.az