“Sülh sazişinin bağlanması yolunda süni maneələr yaratmamaq çox vacibdir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
O, BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu sessiyası çərçivəsində ATƏT sədri vəzifəsini icra edən Yan Borqla görüşüb.
Tərəflər Cənubi Qafqazda mövcud təhlükəsizlik vəziyyətinə toxunublar.
Ermənistanın Cənubi Qafqazda sabitliyin bərqərar olmasını istədiyini deyən Mirzoyan sülh sazişinin imzalanması yolunda süni maneələrin aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıb.
Müşviq Tofiqoğlu,
Globalinfo.az














