Mirzoyan MDB-nin iclasında iştirak etməyəcək

Ararat Mirzoyan MDB Xarici İşlər Nazirləri Şurasının Minskdə keçiriləcək iclasında iştirak etməyəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl də Ermənistan MDB ölkələrinin İqtisadi Şurasının Moskvada keçiriləcək 101-ci iclasına yüksək səviyyəli nümayəndə heyəti göndərməyib.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan Mirzoyaın MDB üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının aprelin 12-də Minskdə keçiriləcək iclasında iştirak etməyəcəyini açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az