Mirzoyan Lavrovla telefon danışığı apardı

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Laçın yolu ətrafındakı məsələləri müzakirə edib.

S.Lavrov telefon danışığı zamanı Moskva, Bakı və İrəvanın üçtərəfli bəyanatlarının ən yüksək səviyyədə icrası nəzərə alınmaqla bütün məsələlərin tezliklə həllinin tapılmasının prioritet olduğunu bildirib.

O, həmçinin 1991-ci il “Alma-Ata Bəyannaməsi”nin prinsiplərinə sadiqliyi də vacib hesab etdiyini vurğulayıb.