Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Hakan Fidanla görüşündən danışıb.
Globalinfo.az xəbər verir ki, Mirzoyan dialoqun müsbət məzmunla inkişaf etdiyini deyib və yaxın gələcəkdə nəzərəçarpacaq nailiyyətlərin olacağına ümidini gizlətməyib.
“Optimizm daha çoxdur və dialoqumuz müsbət templə inkişaf edir. Yaxın gələcəkdə yeni nəzərəçarpacaq nailiyyətlər görəcəyik. Görüş zamanı həm ikitərəfli gündəliyi, həm də regionda baş verənləri ətraflı müzakirə etdik”, – Mirzoyan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














