Nyu-Yorkda səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT-nin Baş Assambleyası çərçivəsində almaniyalı həmkarı Annalena Berbokla görüşüb.
Globalinfo.az xəbər verir ki, görüş zamanı əlaqələrin inkişafı və regional məsələlər müzakirə olunub.
Nazirlər həmçinin Ermənistanla Avropa İttifaqı arasında əməkdaşlıq və İrəvanın ittifaqa inteqrasiyasından danışıblar.
Ermənistan XİN başçısı Berboka Bakı və İrəvan arasındakı sülh prosesi ilə bağlı məlumat verib. Görüşdə Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti kontekstində baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.
Ararat Mirzoyan bildirib ki, hazırda sülh müqaviləsinin bağlanması üçün real imkan var.
Əliyar Xəlil
Globalinfo.az














