Şavkat Mirziyoyev Bakıda “Özbəkistan” parkını açacaq – FOTO

Şavkat Mirziyoyev Bakıda "Özbəkistan" parkını açacaq - FOTO

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfəri çərçivəsində Bakıda “Özbəkistan” parkını açacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Asadov sosial şəbəkələrdə məlumat verib.

“Prezident Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə başlayıb. Səfər çərçivəsində dövlət başçımız Bakı, Xankəndi, Şuşa və Ağdam şəhərlərinə səfər edəcək”, – məlumatda deyilir.

Onun sözlərinə görə, bu gün Bakıda Azərbaycan və Özbəkistan liderləri Ali Dövlətlərarası Şuranın ikinci iclasını keçirəcək, həmçinin “Özbəkistan” parkının təməlini qoyacaq və Özbəkistanın Bakıdakı səfirliyinin yeni binasını açacaqlar.

“Sabah prezidentlər Şavkat Mirziyoyev və İlham Əliyev Azərbaycanın Qarabağ regionunda ünsiyyətlərini davam etdirəcəklər, burada Xankəndidəki birgə tikiş fabrikinə və Ağdam şəhərindəki “İmarət” tarixi-memarlıq kompleksinə baş çəkəcəklər. Səfərə hazırlıq çərçivəsində sənaye əməkdaşlığı üzrə böyük bir sazişlər paketi formalaşdırılıb”, – deyə o əlavə edib.

***11:48

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

Globalinfo.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

***10:23

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə yola düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Şavkat Mirziyoyev Bakıda "Özbəkistan" parkını açacaq - FOTO