Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin III turunda Azərbaycan yığması qələbə qazanıb.
Globalinfo.az “Report”a istinadla xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda Mavritaniya ilə üz-üzə-gəlib.
Milli Gimnastika Arenasında baş tutan görüş millinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra komanda növbəti mərhələyə adını yazdırıb.
Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.














