Mingəçevirdə yanğın: Xəsarət alanlar var

Mingəçevirdə Kür çayında qayıqda yanğın olub.

Globalinfo.az-ın Report-a istinadən məlumatına görə, qayıqda hələ dəqiq məlum olmayan səbəblərdən yanğın olub.

Hadisə nəticəsində 8 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti orta-ağır, digərlərinin vəziyyəti kafi və qənaətbəxş hesab edilir.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.