Mingəçevirdə güclü külək ağacları aşırdı: ölən və yaralananlar var

Mingəçevir şəhərində güclü külək nəticəsində bir neçə ağac aşıb.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin müxtəlif ərazilərində qeydə alınıb.

Küləyin ağacları aşırması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, hadisə nəticəsində nəqliyyat vasitələrinə də zərər dəyib.

***

Mingəçevirdə güclü küləyin ağacları aşırması nəticəsində xəsarət alanların kimliyi məlum olub.

Məlumata görə, hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Onlardan biri – 2003-cü il təvəllüdlü R.Qasımzadə ölüb.

Digər zərərçəkənlər – 1969-cu il təvəllüdlü G.Sadıqov, 1994-cü il təvəllüdlü Y.Nuriyev, 1981-ci il təvəllüdlü R.Qədirov və 2 azyaşlıdır.

Onların vəziyyəti qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.