Millimizin yeni baş məşqçisindən ilk açıqlama

Millimizin yeni baş məşqçisindən ilk açıqlama

Hər kəsi salamlayıram. Məncə, bu proses haqqında danışmaq üçün kifayət qədər vaxtımız olacaq. Mənə etimad göstərdikləri üçün AFFA-ya təşəkkür edirəm.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis AFFA-nın göstərdiyi etimada görə şad olduğunu deyib: “Mənim qərar verməyimdə bəzi məsələlər önəmli oldu. Buna nümunə kimi təqdim edilən layihəni göstərmək olar. Bu gün buradayamsa, deməli, rəhbərlik bu layihənin həyata keçirilməsi üçün mənə inanıb. Buna görə şadam”.

Qeyd edək ki, Fernandu Santuşun qarşısına AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış etmək məqsədi qoyulub.