Bu gün AFFA-nın prezidenti Rövşən Nəcəf əsas milli komandanın baş məşqçisi Ayxan Abbasovla görüşüb.
Globalinfo.az xəbər verir ki, görüş zamanı Rövşən Nəcəf mütəxəssisin U-21 komandasında gördüyü işləri, həmçinin A millinin DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə (1:1) oyundakı çıxışını yüksək qiymətləndirib.
AFFA prezidenti Ayxan Abbasovla komandamızın qarşıdakı oyunları ətrafında fikir mübadiləsi aparıb. Rövşən Nəcəf milliyə və baş məşqçiyə AFFA rəhbərliyi tərəfindən dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib, komandamıza növbəti oyunlarda uğurlar arzulayıb.
***
Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi bu gün açıqlanacaq.
Globalinfo.az bildirir ki, “Report”un əldə etdiyi məlumata görə, yığma Ayxan Abbasova tapşırılacaq.
Qeyd edək ki, Ayxan Abbasov daha əvvəl Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə heç-heçə (1:1) etdiyi matçda komandaya rəhbərlik edib.
O, “Şamaxı” komandasının və U-21 yığmasının da baş məşqçisidir.














