Azərbaycanın kişilərdən ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında son görüşünü keçirib.
Globalinfo.az xəbər verir ki, XI turda Braziliya ilə üz-üzə gələ yığma 3:1 hesablı qələbə qazanıb.
Aydın Süleymanlı – Luiz Paolo Supi 0,5:0,5
Nicat Abasov – Alexander Fier 0,5:0,5
Rauf Məmmədov – Renato Quintiliano 1:0
Şəhriyar Məmmədyarov – Dieqo Di Berardino 1:0
Yığma daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) Qazaxıstan (3:1) və Kubanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub, İtaliya (2:2) və Yunanıstanla (2:2) isə heç-heçəyə razılaşıb.
Azərbaycanın qadınlardan ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında XI turda yarışın favoriti Hindistanla üz-üzə gələn yığma 0,5:3,5 hesabı ilə uduzub.
Harika Dronavalli – Günay Məmmədzadə 1:0
Rəmeşbabu Vaişəli – Ülviyyə Fətəliyeva 0,5:0,5
Deşmux Divya – Gövhər Beydullayeva 1:0
Vantika Aqraval – Xanım Baladjayeva 1:0
Bu qələbədən sonra Hindistan qadınların yarışında 45-ci Ümumdünya Şahmat Olimpiadasını birinci pillədə başa vurub.
Qeyd edək ki, qadınlardan ibarət millimiz daha əvvəl Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1), Vyetnam (2,5:1,5) İsveçrədən (4:0) üstün olub, Argentina, Ukrayna və İtaliya ilə heç-heçə edib (2:2), Qazaxıstana isə yenilib – 1:3.














