Millimizin baş məşqçisi vəzifəsindən ayrıldı

Millimizin baş məşqçisi vəzifəsindən ayrıldı

Su polosu üzrə Azərbaycan millisinin baş məşqçisi Panayotis Xronopulos vəzifəsindən ayrılıb.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev məlumat verib.

Z.Əliyev su polosunun Xorvatiyada daha çox inkişaf etdiyini və bu ölkənin biliklərindən yararlanmaq istədiklərini bildirib:

“Bu məsələ ilə yaxından məşğul olacağıq. Namizədləri nəzərdən keçirəcəyik”.

Qeyd edək ki, yunanıstanlı mütəxəssis ötən ilin sentyabr ayından milli komandaya rəhbərlik edirdi.