Millimiz Türkiyəyə qalib gəldi

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Globalinfo.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv B Liqasının I qrupunda Türkiyə yığmasını qəbul edib. “Liv Bona Dea Arena”da oynanılan qarşılaşma Azərbaycan yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna Nigar Mirzəliyeva imza atıb.

Mayın 31-də baş tutan ilk oyunda milli komanda səfərdə qardaş ölkəyə 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, qrup mərhələsinin ilk dörd turundan sonra Türkiyə seçməsinin aktivində 6, Azərbaycan yığmasında isə 4 xal var.