Millimiz Albaniyaya məğlub oldu

Bu gün beynəlxalq yoldaşlıq görüşündə üz-üzə gələcək Azərbaycan və Albaniya yığmalarının start heyətləri açıqlanıb.

Globalinfo.az xəbər verir ki, milli komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar.

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Rahil Məmmədov, Aleksey İsayev, Coşqun Diniyev, Emin Mahmudov, Ramil Şeydayev, Mahir Emreli, Toral Bayramov.

Albaniya: Strakoşa, Hysaj, Ajeti, Cimsiti, Mitay, Asllani, Ramadani, Bayrami, Asani, Broxa, Seferi.

Qeyd edək ki, Macarıstandakı “Haladas SportKomplexum”da baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

***

Albaniya – Azərbaycan matçı start götürdü.

***

Bayrami matçın 12-ci dəqiqəsində hesabı açdı: 1-0.

***

Manay matçın 81-ci dəqiqəsində Albaniyanın ikinci qoluna imza atdı: 2-0.

***

Laçi 87-ci dəqiqədə Albaniyanın üçüncü, Musa Qurbanlı isə 90-cı dəqiqədə millimizin ilk qolunu vurdu: 3-1.

***

Millimiz Albaniya seçməsinə 3-1 məğlub oldu.