707990075 1612585796506460 1956120525260565098 n

Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan minifutbol üzrə Avropa çempionatında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilir.

Globalinfo.az xəbər verir ki, bu gün Azərbaycan millisi İtaliya ilə üz-üzə gəlib.

Qarşılaşma Elşad Quliyevin rəhbərlik etdiyi kollektivin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları Rəvan Kərimov, Vüsal İsayev və Ruzigar İbrahimzadə vurublar.

Qrupun digər görüşündə Fransa Avstriyaya qalib gəlib – 3:1.

İki turdan sonra 6 xal toplayan yığmamız play-off mərhələsinə vəsiqəni təmin edib.

Paylaş: