Milli Məclis Prezident və birinci xanımı təbrik etdi

Milli Məclis Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik edib.

Globalinfo.az xəbər verir ki, parlamentin martın 15-də keçirilən plenar iclasında spiker Sahibə Qafarova bayramla əlaqədar Prezident və birinci xanıma təbrik məktubu ünvanlanmağı təklif edib.

Deputatlar təklifi alqışlarla dəstəkləyiblər.

Milli Məclisin sədri Sahibə Qafarova toplantının sonunda deputatların diqqətinə çatdırıb ki, parlamentin növbəti plenar iclası martın 29-da keçiriləcək.