Dramatik final: Portuqaliya çempion oldu, Ronaldo ağladı – FOTO

Dramatik final: Portuqaliya çempion oldu, Ronaldo ağladı - FOTO

Portuqaliya yığması UEFA Millətlər Liqasının qalibi olub.

Globalinfo.az xəbər verir ki, Portuqaliyanın heyətində qolları Nuno Mendeş (26) və Kriştianu Ronaldo (61) vurub. İspaniya yığmasından Martin Zubimendi (21) və Mikel Oyarzabal (45) fərqlənib.

Penaltilər seriyasında isə portuqaliyalılar rəqibini 5:3 hesabı ilə məğlub edib.

Finalda da fərqlənən ulduz futbolçu Kriştiano Ronaldo yığma komandası ilə üçüncü kuboku qazanıb. O, final fitindən sonra göz yaşlarına hakim ola bilməyib.

Dramatik final: Portuqaliya çempion oldu, Ronaldo ağladı - FOTO

***

Fransa yığması Almaniyanı 2-0 məğlub edərək bürünc medalların sahibi olub.

***

UEFA Millətlər Liqasında bürünc medal uğrunda Almaniya – Fransa matçı başlayıb.

Globalinfo.az xəbər verir ki, oyun 17:00-da start götürüb.

***

Bu gün UEFA Millətlər Liqasında bürünc və qızıl medalın sahiblərinə aydınlıq gələcək.

Globalinfo.az xəbər verir ki, bürünc medalın sahibi Almaniya – Fransa matçında bəlli olacaq.

Günün əsas matçında isə Portuqaliya İspaniya ilə qızıl uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Almaniya – Fransa matçı Bakı vaxtı ilə saat 17:00-da, Portuqaliya – İspaniya oyunu isə saat 23:00-da start götürəcək.

8 iyun

UEFA Millətlər Liqası

Bürünc medal uğrunda mübarizə:

Saat 17:00, Almaniya – Fransa.

Final:

Saat 23:00, Portuqaliya – İspaniya