Mikroavtobusla “Niva” toqquşdu: xəsarət alanlar var

Zaqatalada mikroavtobusla “Niva” markalı avtomobil toqquşub.

Globalinfo.az xəbər verir ki, qəza Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı mikroavtobusla “VAZ-2121” (Niva) markalı avtomobilin toqquşması nəticəsində Muğanlı kənd sakinləri, 1994-cü il təvəllüdlü Əliyev Yusif Bayram oğlu, 1987-ci il təvəllüdlü Qurbanov Səxavət Qəhrəman oğlu və 2014-cü il təvəllüdlü Dəmirov Ziya Saleh oğlu xəsarət alıblar.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Hazırda yaralılara tibbi yardım göstərilir.

Faktala vağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.