Hacıqabul rayonunda açıq ərazidə başlayan yanğının söndürülməsi davam etdirilir.
Globalinfo.az bildirir ki, bununla bağlı polis əməkdaşları əraziyə cəlb olunublar.
***17:04
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Hacıqabul rayonunda açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Globalinfo.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
Video Oxu.az-a məxsusdur: