Milli Məclis Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin yenidən formalaşdırılması ilə bağlı qərar layihəsini qəbul edib.
Globalinfo.az xəbər verir ki, bu barədə sənəd parlamentin bugünkü plenar iclasında müzakirə edilib.
MSK üzvlərinin və əvəzedici üzvlərinin təyin edilməsi haqqında məsələyə əsasən, Yeni Azərbaycan Partiyasının, Milli Məclisdə üzvləri azlıq təşkil edən partiyaların və Milli Məclisdə üzvləri azlıq təşkil edən partiyaların qurumda təmsilçiliyə namizədləri aşağıdakılardır:
Mərkəzi Seçki Komissiyasının üzvləri:
Abdullayeva Sevinc Qurban qızı, Cavadov Fuad Musa oğlu, Əsgərov Bəxşeyiş Məmməd oğlu, Əsgərova Nailə Şahmərdan qızı, Həsənov Tofiq Eldar oğlu, Xələfov Elçin Abuzər oğlu, İbrahimov Ramiz Hilal oğlu, Qasımov Rövzət Afət oğlu, Qəhramanlı Almas Əlisultan qızı, Quliyev Etibar Cəfər oğlu, Məmmədov Elmar Eldar oğlu, Məmmədov İlham Sabir oğlu, Muxtarova Arifə Ağaverdi qızı, Orucov Qabil Əhməd oğlu, Paşayev Hüseyn Məmməd oğlu, Pənahov Məzahir Məhəmməd oğlu, Rəhimov Mikayıl Rəhman oğlu, Şahbazov İlkin Zaur oğlu.
MSK-nın əvəzedici üzvləri:
Cəlilova Aysel Zaur qızı, Qarayeva Züriyə Ruslan qızı, Mustafayeva Elnarə Eyyub qızı.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Beləliklə, MSK üzvlərinin qeyd edilən siyahısı təsdiqlənib.
Xatırladaq ki, qanunvericiliyə əsasən, Azərbaycanda bütün seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir.
MSK-nın tərkibi 2021-ci il aprelin 27-də Milli Məclisin plenar iclasında qəbul edilən qərar əsasında formalaşdırılmışdı.
Qeyd edək ki, diqqətçəkən məqam MSK sədri Məzahir Pənahovun da siyahıda yer almasıdır. Onun qurumdan uzaqlaşacağı deyilirdi.
***11:33
Mərkəzi Seçki Komissiyasının yeni tərkibi müəyyənləşir.
Globalinfo.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılacaq.
Layihəyə əsasən, Milli Məclisi qərarına əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri təyin ediləcəklər:
Abdullayeva Sevinc Qurban qızı,
Cavadov Fuad Musa oğlu,
Əsgərov Bəxşeyiş Məmməd oğlu,
Əsgərova Nailə Şahmərdan qızı,
Həsənov Tofiq Eldar oğlu,
Xələfov Elçin Abuzər oğlu,
İbrahimov Ramiz Hilal oğlu,
Qasımov Rövzət Afət oğlu,
Qəhramanlı Almas Əlisultan qızı,
Quliyev Etibar Cəfər oğlu,
Məmmədov Elmar Eldar oğlu,
Məmmədov İlham Sabir oğlu,
Muxtarova Arifə Ağaverdi qızı,
Orucov Qabil Əhməd oğlu,
Paşayev Hüseyn Məmməd oğlu,
Pənahov Məzahir Məhəmməd oğlu,
Rəhimov Mikayıl Rəhman oğlu,
Şahbazov İlkin Zaur oğlu.
Aşağıdakı şəxslər Azərbaycan Respublikası Mərkəzi Seç Komissiyasının əvəzedici üzvləri təyin ediləcəklər:
Cəlilova Aysel Zaur qızı,
Qarayeva Züriyə Ruslan qızı,
Mustafayeva Elnarə Eyyub qızı.
Bu gün MSK-nın yeni tərkibdə ilk iclası da keçiriləcək, MSK sədri, MSK sədrinin müavini və katiblər seçiləcək.