1701014140 22592d47f93a141d5cb9b8647d1776d9

“Ağakərimin vəziyyəti demək olar ki, yaxşı deyil. 7 ilə yaxındır ki, o, yataq xəstəsidir. Ağakərim nə otura, nə dura bilir”.

Globalinfo.az xəbər verir ki, bunu meyxanaçı Ağamirzə Məmmədov qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib.

60 yaşlı söz xiridarı bildirib ki, yataq xəstəsi olan həmkarı Ağakərimin qulluğunda övladları durur:

“Ağakərimə övladları baxır. Halal olsun onlara. Ağakərim insanları tanımır. O, illər əvvəl insult keçirib. Şəkər xəstəsidir, təzyiqi var”.

Meyxanaçı efirdə digər həmkarları ilə bağlı da danışıb.

Paylaş: