“XVII və XVIII əsrlərdə mətbuatın siyasətə güclü təsiri formalaşmağa başlayıb. Bununla da, dövlətin mətbuata nəzarəti və senzura məsələləri gündəmə gəlib”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli Azərbaycan milli mətbuatının 150 illiyi ilə əlaqədar olaraq “Azərbaycan mətbuat tarixi” və “Media etikası” mövzusunda seminarda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 1631-ci ildə ilk rəsmi dövlət qəzeti – “La Gazette” yaradılıb.
Natiq Məmmədli qeyd edib ki, hələ IX əsrdə Çində dövlət qəzetləri mövcud olub:
“Amma orada kağızların satışına icazə verilməyib. Çin jurnalistikası mövcud olsa da, Avropa jurnalistikasına təsir edə bilməmişdi”.
Zaira Akifqızı
Globalinfo.az














