Mətbuat katibi ikinci dəfə tələbə oldu

Bakı Baş Səhiyyə Mərkəzinin İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin müdiri Elnur Hidayətoğlu universitetə qəbul olub.

Globalinfo.az xəbər verir ki, bu barədə o, feysbuk hesabında paylaşım edib.

E.Hidayətoğlu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Menecment ixtisasına qəbul olduğunu bildirib.

Qeyd edək ki, bu, Elnur Hidayətoğlunun ikinci təhsilidir. İlk ali təhsilini Bakı Dövlət Universitetində alıb.