“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi penaltilər istisna olmaqla, vurduğu qolların sayına görə portuqaliyalı Kriştiano Ronaldonu qabaqlayıb.
Globalinfo.az xəbər verir ki, “İnter Mayami” bu gün “Nyu York Red Bulls”u qəbul edib və 5-1 hesabı ilə qalib gəlib.
Qaliblərin heyətində Lionel Messi və Telasko Seqoviya iki, Xordi Alba isə bir qol vurub. Meydan sahiblərinin yeganə qolu Aleksandr Hak tərəfindən gəlib.
Məlumata görə, bu matçda iki qol vurduqdan sonra Messinin hesabında 764, Ronaldonun isə 763 qolu var. Hazırda argentinalı futbolçu bu baxımdan liderlik edir.
Qeyd edək ki, 2024-cü il mövsümündə Messi 21 matçda iştirak edib, 17 qol vurub və 6 məhsuldar ötürmə verib.
Əliyar Xəlil
Globalinfo.az














