Messi Ronaldo ilə oynayacaq – Tarix

“İnter Mayami” Futbol Klubu mövsümöncəsi matçlarını Səudiyyə Ərəbistanında keçirəcəyini açıqlayıb.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, komanda orada iki oyun keçirəcək. Yanvarın 29-da “İnter Mayami” “Əl-Hilal”, fevralın 1-də isə “Əl-Nəsr”lə qarşılaşacaq.

Maraqlıdır ki, fevralın 1-də “İnter Mayami”də çıxış edən argentinalı hücumçu Lionel Messi “Əl-Nəsr”in rənglərini qoruyan portuqaliyalı hücumçu Kriştianu Ronaldo ilə görüşə bilər.

Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir.

Ronaldo da öz növbəsində 2023-cü il yanvarın 1-dən “Əl-Nəsr”ın oyunçusudur. Portuqaliyalının klubla müqaviləsi 2025-ci ilə qədərdir.