“Zirə” öz meydanında “Şamaxı” ilə bacarmadı

Futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti tura start verilib.

Globalinfo.az xəbər verir ki, günün yeganə matçında “Zirə” “Şamaxı”nı qəbul edib və qarşılaşma 2-2 hesabı ilə yekunlaşıb.

“Zirə” hazırda 36 xalla 4-cü, “Şamaxı” isə 19 xalla 8-ci pillədə yer alır.

Qeyd edək ki, turun “Səbail” – “Sumqayıt” və “Sabah” – “Kəpəz” oyunları martın 4-də, “Qəbələ” – “Qarabağ” və “Neftçi” – “Turan Tovuz” matçları isə martın 5-də keçiriləcək.