Messi Pelenin rekordunu yenilədi

Argentina millisinin futbolçusu Lionel Messi əfsanəvi braziliyalı Pelenin dünya çempionatlarının pley-off mərhələlərində ən çox assist etmə rekordunu yeniləyib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, kapitan DÇ-2022-nin 1/4 final mərhələsində Niderlandla oyunda bunu bacarıb.

Nahuel Molinanın 35-ci dəqiqədə vurduğu qolun məhsuldar ötürməsini verən 35 yaşlı hücumçu pley-offlarda 5-ci assist müəllifi olub. Ona qədər Pele 4 qol ötürməsi ilə rekordçu idi.

Messi mundialların bütün mərhələlərində ümumi assist saynı isə 7-yə çatdırıb. Bununla o, hazırda Qjeqoj Lato (Polşa) və Pyer Littbarski (Almaniya) ilə birlikdə ikinci sıranı bölüşdürür. Argentina yığmasının kapitanı hazırda dünya çempionatlarında ən çox məhsuldar ötürmə sahibi olan həmyerlisi Dieqo Maradonadan 1 assist geri qalır.

Maradona mundiallarda aktivinə 8 qol ötürməsi yazdırıb.