Məşhur ürək-damar cərrahı Hacı Şahinin ölüm səbəbindən DANIŞDI

 

Məşhur ürək-damar cərrahı Hacı Şahinin ölüm səbəbindən DANIŞDI

“Hacı Şahinin ölümü ilə bağlı irəli atılan sui-qəsd məsələsi inandırıcı gəlmir. Məncə, bu, sadəcə kimlərinsə fantaziyası və ya dedi-qodusudur”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinikanın baş həkimi, tibb elmləri doktoru, professor Kamran Musayev Hacı Şahinin ölümü haqda danışarkən deyib.

O, ani ürək ölümü deyilən bir anlamın olduğunu bildirib:

“Tez-tez rast gəldiyimiz məqamlardan biri də, kiminsə yatıb oyanmamasıdır. Buna qəfləti ürək ölümü deyirlər. Bunun da başında sözsüz ki, ürək problemi dayanır. Mən onun xəstəliyi, şikayətləri haqda məlumatsızam. Ona görə də fikir bildirmək çətindir. Bunu baxmayaraq, müəyyən mülahizələr söyləmək mümkündür. Ani ölümü tətikləyən amillərin sırasında ilk yerdə stress gəlir. O cümlədən fiziki-psixoloji gərginlik də buna səbəb olur. Müəyyən həyat tərzi bu cür ani ölümlərə gətirib çıxara bilir. Amma Hacı Şahin kifayət qədər nümunəvi həyat tərzi keçirən şəxs kimi tanınır. Hacı Şahinin ürəyində hansı xəstəlik olub, onu dəqiq deyə bilmərəm. Ehtimal olunur ki, Hacıda da ölüm səbəbi ürək-damar xəstəliyidir. Belə xəstəliklərin əsasında genetika dayanır. Mümkündür ki, Hacı Şahinin ailəsində belə problemlə üzləşən kimsə olub”.

Qeyd edək ki, ilahiyyatçı Hacı Şahin 48 yaşında bu gecə qəflətən vəfat edib.

Allah rəhmət eləsin.

Zaira Akifqızı
Globalinfo.az