Nepal-Çin sərhədində baş verən daşqın və torpaq sürüşməsində ölənlərin sayı 332 nəfərə yüksəlib.
Globalinfo.az bildirir ki, 900 nəfərdən çox şəxs itkin düşüb və axtarış-xilasetmə tədbirləri davam etdirilir.
***13:32
Nepal-Çin sərhədi yaxınlığında baş vermiş daşqın və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 270 nəfərə çatıb.
Globalinfo.az bildirir ki, yaşayış evləri dağılıb, yollar və körpülər su altında qalıb.
Ümumilikdə, 800 nəfərdən çox insan itkin düşüb.
İtkin düşənlərin arasında 178 hindistanlı, 65 amerikalı, 35 avstraliyalı və 33 britaniyalı turistin olduğu bildirilib.
***10:30
Nepalda daşqınlar nəticəsində 570-dən çox insan itkin düşüb.
Globalinfo.az bildirir ki, onların arasında 400-dən çoxu xarici vətəndaşdır.
Ümumilikdə, itkin düşənlərin siyahısında 579 nəfər var. Belə ki, 28 ölkədən 466 əcnəbi və 113 Nepal vətəndaşı itkin düşüb.