
ABŞ və SSRİ arasındakı telekörpülərin aparıcısı olan məşhur amerikalı teleaparıcı Fil Donahyu 89 yaşında vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat verib.
Qeyd edək ki, F.Donahyu 1967-ci ildən 1996-cı ilə qədər “The Phil Donahue Show”a aparıcılıq edib. 1987-ci ildə Amerika tərəfdən beş dəfə ABŞ-SSRİ telekörpülərinin aparıcısı olub. 1986-cı ildə Çernobıl AES-də baş verən qəzadan sonra əraziyə səfər edən ilk əcnəbi jurnalsit kimi də tarixə düşüb.














