Məşhur şirkətin rəhbəri işdən çıxdı

Məşhur şirkətin rəhbəri işdən çıxdı

“Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin Sədri Azər Əliyev Allahverdi oğlu vəzifəsindən ayrılıb.

Azər Əliyev bu barədə Globalinfo.az-a məlumatı təsdiqləyib. O bildirib ki, öz ərizəsi ilə ötən il dekabrın 30-dan etibarən sığorta şirkətindən ayrılıb. Azər Əliyev artıq sığorta sahəsində deyil, başqa sahədə fəaliyyət göstərəcəyini əlavə edib.

Qeyd edək ki, Azər Əliyev 2008-2015-ci illərdə “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin Sədrinin müşaviri və İdarə heyətinin sədri vəzifələrini icra edib.