Türkiyədə bir aydır yayımlanan, baş rollarını məşhur ulduzlar Çağatay Ulusoy və Demet Özdemirin canlandırdığı “Eşref Rüya” serialı ilə bağlı qərar izləyiciləri məyus edib.
Globalinfo.az xəbər verir ki, serialın 5-ci bölümdən etibarən “YouTube” platformasında yayımlanmayacağı açıqlanıb.
Məlumata görə, serialın son olaraq 4-cü bölümünün yayımlanması qərara alınıb, sonra sadəcə televiziyada izləmək mümkün olacaq.
Qeyd edək ki, “Eşref Rüya”nın yayımlanan ilk 3 bölümü “YouTube”da ümumilikdə 54 milyon izlənib.
Əliyar Xəlil
Globalinfo.az














