Məşhur serial artıq bu kanalda göstəriləcək

Türkiyənin məşhur və ən uzunömürlü serialı “Arka sokaklar” 17 il sonra yeni telekanalda yayımlanacaq.

Globalinfo.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, kulisdən əldə edilən məlumata görə, 2006-cı ildən bəri “Kanal D”də yayımlanan və baş rollarında Şevket Çoruh, Özgür Ozan, İlker İnanoğlu və Ela Yörüklü kimi aktyorların oynadığı ekran işi bu addımı ödəmələrlə bağlı yaranan problemlərə görə atır. Belə ki, texniki qrupa və bəzi aktyorlara edilən ödənişlərdə davamlı kəsintilər narazılığa səbəb olub.

Ekran işinin bundan sonra ATV-də yayımlanacağı bildirilir.