“Ermənistanın Azərbaycanı Naxçıvanla birləşdirən və Mehridən keçəcək yolun açılmasından imtina etməsi regional logistika inteqrasiyasına mənfi təsir edəcək”.
Globalinfo.az xəbər verir ki, bunu keçmiş qondarma rejimin separatçılarından Samvel Babayan deyib.
O, Mehridən yolun açılmayacağı təqdirdə İranın Naxçıvana, Rusiyanın isə Cənubi Qafqaza təsirinin artacağını bildirib:
“Ermənistan regional kommunikasiyaların blokadadan çıxarılması üçün yeni xətlər inşa etmir, Sovet dönəmindən qalan infrastrukturun bərpa edilməsi üçün şərtlər formalaşdırır. Beləliklə ölkəmiz Gürcüstan, Çin, Rusiya, Mərkəzi Asiya və Azərbaycanı Türkiyəyə birləşdirəcək körpü rolunu oynaya bilər. Nəticədə Rusiya, İran və Gürcüstan Ermənistana iqtisadi yanaşmalarına yenidən baxacaqlar. İrəvanın Tehran üzərindən Körfəz ölkələrinin iqtisadi bazarına çıxış əldə etməsi fürsəti yaxalaya bilər”.
Ayşən Mustafa
Globalinfo.az














