Rusiyalı məşhur televiziya jurnalisti Nikolay Svanidze vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Moskovski Komsomolets” nəşri məlumat yayıb.
69 yaşlı jurnalistin yaşadığı mənzildə vəfat etdiyi bildirilir.
Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, 1991-ci ildən Svanidze bir sıra tarixi televiziya proqramlarının və filmlərinin müəllifi və aparıcısı olub. “Təfərrüatlar”, “Təzadlar”, “Zaman məhkəməsi”, “Tarixi proses” verilişlərinə aparıcılıq edib. O, həm də “Zerkalo” proqramının müəllifi olub.