ABŞ-nin “New York Times” qəzetinin jurnalistləri 40 ildə ilk dəfə tətil elan ediblər.
Globalinfo.az “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı qəzet öz saytında paylaşıb.
Məlumata görə, qəzetin müxbir və redaktorları 24 saatlıq tətil elan ediblər.
Jurnalistlərin tətil elan etməsinə səbəb isə həmkarlar ittifaqı ilə şirkət arasında danışıqların uzanması olub. Bildirilir ki, tərəflər arasında müqavilənin müddəti 2021-ci ilin martında bitib, lakin tərəflər əmək haqqı, tibbi xidmətlər və digər məsələlər barədə razılığa gələ bilməyib.
Ümumilikdə tətildə qəzetin 1100-dən çox əməkdaşı iştirak edir.














