Məşhur qadın müğənnilərin ad davası – Qanun buna nə deyir?

Məşhur qadın müğənnilərin ad davası - Qanun buna nə deyir?

Əməkdar artist Şəbnəm Tapdıq müğənni Şəbnəm Tovuzlunu onun adını daşıdığı üçün məhkəmə ilə hədələyib. Əməkdar artistin bu açıqlaması sosial şəbəkələrdə ciddi narazılıqlara və müzakirələrə səbəb olub. Maraqlıdır, adla bağlı məhkəməyə müraciət etmək nə dərəcədə doğrudur?

Mövzunu Globalinfo.az-a şərh edən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa deyib ki, hər kəsin məhkəməyə müraciət etmə hüququ var:

“Lakin bu cür motivlərlə məhkəmənin işi icraata qəbul etməsi şübhəli görünür.

Məşhur qadın müğənnilərin ad davası - Qanun buna nə deyir?

Fazil Mustafa

Çünki bir adın hansısa formada verilməsi hər kəsin hüququdur. Əgər adlar qəbul olunandırsa, adın verilməsi ilə bağlı qadağa yoxdursa, o zaman belə məsələdə kimisə məhkəməyə vermək ciddi səslənmir. Amma bütün hallarda, istənilən məsələlərlə bağlı hər kəsin məhkəməyə müraciət etmə haqqı var. Məhkəmə işi araşdırıb ya rədd edəcək, ya da icraata qəbul edəcək. Buna görə kimisə ittiham etmək hüquqi cəhətdən doğru səslənmir”.

Zaira Akifqızı
Globalinfo.az