Məşhur otelin sahibi cərimələndi

Məşhur otelin sahibi cərimələndi

Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsi tərəfindən “Bəy Hotel” barəsində protokol tərtib edilib.

Globalinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, protokolun tərtib olunmasına səbəb Səbail rayonu, Salyan şossesində yerləşən “Bəy Hotel” adlı obyektin üzərində 23 oktyabr 2023-cü il tarixli, saat 11:10-da müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktının aşkarlanması olub.

“Bəy Hotel” sahibinə İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə protokol tərtib edilib. Məhkəmənin qərarı ilə otel sahibi inzibati xətanı törətməkdə təqsirli bilinib və 1500 manat məbləğində cərimə olunub./Qaynarinfo/