Məşhur müğənninin səhhəti pisləşdi

Məşhur müğənninin səhhəti pisləşdi

Məşhur türkiyəli müğənni Edip Akbayramın səhhəti pisləşib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin “Cümhuriyyət” qəzeti həkimlərə istinadən məlumat yayıb.

Sənətçinin qızı Türkü Akbayram isə atasının hələ də reanimasiyadan çıxmadığını deyib:

“Vəziyyəti ağır olaraq qalır. Təəssüf ki, yeni bir inkişaf yoxdur”.

Qeyd edək ki, Edip Akbayram Haydarpaşa Nümunə Təhsil və Araşdırma Xəstəxanasında pnevmoniyadan müalicə olunub. O, evə buraxılsa da, müxtəlif fəsadlar səbəbindən daxili qanaxma keçirib. 74 yaşlı sənətçi 53 gündür xəstəxanadadır.

Əliyar Xəlil
Globalinfo.az