
Hindistanın məşhur xalq müğənnisi Nira Çantiya Nepalda qəzaya uğrayan ATR 72 təyyarəsində uçurmuş.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “News India” məlumat yayıb.
Çantiya lok dohori janrında mahnılar ifa edir – onları iki komanda oxuyur: biri kişilərdən, ikincisi qadınlardan ibarətdir. Mahnı sual-cavab şəklində qurulur.
Qeyd edək ki, bu gün Yeti Hava Yollarına məxsus ATR 72 təyyarəsi eniş zamanı qəzaya uğrayıb.














