*** 09:53
Tanınmış meyxanaçı Vahid Qədimin Rusiyada sevgilisini bıçaqladığı haqda iddialar yayılıb.
Globalinfo.az məsələ ilə bağlı meyxanaçının həmkarı Mehman Əhmədli ilə əlaqə saxlayıb.
O, sözügedən məlumatla tanış olduğunu və Vahid Qədimlə danışdığını deyib:
“Vahid dedi ki, xəbərlər həqiqəti əks etdirmir. Belə bir hadisə baş verməyib.
Həmkarım məlumatların hansı məqsədlə və niyə yayıldığını da bilmir”.
Qeyd edək ki, sosial şəbəkələrdə tanınmış meyxanaçı Vahid Qədimin sevgilisini bıçaqladığı haqda iddialar yayılıb. Bildirilirdi ki, o, guya Rusiyada Raya adlı sevgilisinə 18 bıçaq zərbəsi vurub.
Zaira Akifqızı
Globalinfo.az